Son Xəbərlər
Bu gün COP29 Global forumu zamanı Mavi Zonada təşkil olunan “Daha Yaxşı Pambıq”
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
Türkiyənin “NOW TV” kanalında yayımlanan “Gizli bahçe” serialı final edir.
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start veriləcək.
İqlim maliyyəsi Paris Sazişinin məqsədlərinə, o cümlədən istixana qazı
Rusiya hökuməti dekabrın 1-dən ölkənin sərhədini keçə bilmək üçün biometrik
TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə
1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet
Son bir ayda Qəzza zolağında humanitar təşkilatların ən azı 20 işçisi İsrail
banner

Səfir: "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır"

03 okt 2024, 17:47
Səfir: "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır"

Böyük Britaniya Azərbaycanla səmərəli əməkdaşlığa hazırdır.

Liderxeber.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ADA Universitetində “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində deyib.

Səfir qeyd edib ki, qarşıdan gələn BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris Sazişinin 6-cı maddəsinin texniki komponenti tamamlanacaq.

“COP29-da biz 6-cı maddə üzrə bəzi texniki məsələləri yekunlaşdırmalıyıq və mən yeni sədr kimi Azərbaycana danışıqların erkən mərhələsində bu sahədə irəliyə doğru mühüm addım atmaqda hamımıza dəstəyin lazım olması ilə razılaşdığına görə təşəkkür edirəm”, - diplomat bildirib.

Səfir vurğulayıb ki, bazar və maliyyə sahəsi üzrə mütəxəssis olmasa da, 18 ildir ki, mütəmadi olaraq karbon bazarını izləyir.

“Bazar mexanizmləri iqlim böhranının qarşısını almaq üçün qlobal miqyasda ehtiyac duyduğumuz layihələrə səmərəli və genişmiqyaslı iqlim maliyyəsi axınının təmin edilməsinin vacib hissəsidir”, – o bildirib.

Səfir vurğulayıb ki, karbona qiymət qoymaq iqlim dəyişikliyi ilə mübarizənin əsas elementidir.

"Bu, emissiyaların azaldılması və özəl sektorun səfərbər edilməsi üçün iqtisadi cəhətdən səmərəli üsuldur. 2030-cu ilə qədər karbon bazarlarının həcmi ildə bir neçə milyard funt sterlinq, növbəti onilliklərdə isə daha çox ola bilər”, – F.Auld qeyd edib.

Diplomat belə mövzularla bağlı müzakirələrin aparılmasına görə Azərbaycana təşəkkürünü bildirib, çünki bunun nəticəsində dünya ictimaiyyətinin məlumatlılıq səviyyəsi artır.

“Ümid edirəm ki, bu, məlumatlılıq səviyyəsini artıracaq və Azərbaycanın xalis sıfır emissiyaya keçid üçün karbon bazarlarının potensialından necə istifadə edə biləcəyi ilə bağlı bir sıra maraqlı təkliflərə yol açacaq”, - o vurğulayıb.