Son Xəbərlər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

25 sen 2024, 17:31
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkədə səfərdə olan Pakistanın Strateji Planlar Departamentinin Baş Direktoru general-leytenant Yusuf Camal ilə görüşüb.

Bu barədə Liderxeber.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri Z.Həsənov Azərbaycan-Pakistan arasında bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də əlaqələrimizin xalqlarımızın maraqlarına xidmət etdiyini qeyd edib, eləcə də qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

"Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.