Son Xəbərlər
Müdafiə Nazirliyi 2022-ci ilin 3 avqustunda baş tutan "Qisas"
Səhərlər limonlu su içməkyin detoks və həzm sisteminə faydaları son illər çox
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onu idarə edənlər başda
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə
İsveçrənin Cenevrə şəhərində sentyabrın 9-dan oktyabr ayının 11-dək BMT-nin
"Wildberries"in baş ofisində atışmadan sonra bir nəfər həlak olub.
Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsi imzalandığı
Nazirlər Kabineti işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd
İsrailin müdafiə naziri Yoav Qalant Livan ərazisində peycer partlayışları
Azərbaycanda sabiq polis rəisi vəfat edib. Liderxeber.az xəbər verir ki,
banner

İtaliya və Azərbaycan bütün beynəlxalq platformalarda bir-birlərini dəstəkləyirlər!

11 sen 2024, 09:08
İtaliya və Azərbaycan bütün beynəlxalq platformalarda bir-birlərini dəstəkləyirlər!

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edərək, dünyanı maraqlandıran bir çox məsələlərə mükəmməl şəkildə aydınlıq gətirərərək, mövcud vəziyyətdə ölkəmizin mövqeyinin nədən ibarət olduğunu növbıəti də elan etdi.

Cənab Prezident  çıxışında bir çox məqamlarla yanaşı Azərbaycanın 30 ilə yaxın müddətdə məruz qaldığı işğaldan, eləcə də dörd il öncə beynəlxalq hüquq prinsipləri əsasında ərazi bütövlüyünü və suverenliyini bərpa etmədindən bəhs etdi. Ölkə başçımız nitqində bildirdi ki:  “İşğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən  müharibəsi  nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi.

Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail ola bilərik. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər”. Cənab Prezdent İtaliya ilə Azərbaycanın münasibətlərinin səviyyəsini qeyd edərək, uzun illər ərzində iki ölkənin strateji  tərəfdaşlar kimi fəaliyyət  göstərdiyinə diqqət çəkdi.

Bilirik ki. İtaliya və Azərbaycan bütün beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinin hüquqlarını ədalətlə müdafiə ediblər. İtaliyanın məhz keçmişdə qalmış “Qarabağ münaqişəsi” məsələsində ölkəmizi qeyd-şərtsiz dəstəkləməsini hər zaman yüksək qiymətləndirəcəyik. Hazırda Azərbaycan tərəfindən qarşı tərəfə ünvanlanmış sülh niyyətli çağırış sevindiricidir ki, İtaliya tərəfindən də ciddi dəstəklənir. Ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək.

Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır.

Əntiqə Tarverdiyeva; 

Neftçala rayonu, mədəniyyət işçisi