Son Xəbərlər
Beynəlxalq astronomlar qrupu kainatda məlum olan ən böyük quruluşu - Kipu
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha iki görüşü keçiriləcək.
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz
"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına
Bakı məktəblərində təhlükəli oyunla bağlı araşdırma aparılıb. Sosial şəbəkədə
5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək. Liderxeber.az məlumat
ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
Böyük Britaniya hökuməti "Apple" şirkətindən bütün dünya üzrə
banner

Kəmaləddin Heydərov İqor Nazarukla görüşdü

04 sen 2024, 18:32
Kəmaləddin Heydərov İqor Nazarukla görüşdü

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Belarus xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Liderxeber.az xəbər verir ki, qonaqları səmimi salamlayan Kəmaləddin Heydərov xalqlarımız və ölkələrimiz arasında dərin və möhkəm köklərə malik çoxşaxəli münasibətlərin iki dövlət başçılarının siyasi müdrikliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün istiqamətlərdə əlaqələrin durmadan genişləndiyini xatırladıb.

Bu xüsusda Belarus xarici işlər nazirinin müavininin ölkəmizə səfəri və səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyində keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında mövcud sıx əlaqələrin daha da genişləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib.

K.Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və ölkəmizdə fəlakətlərlə mübarizə sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib, uyğun qurumlar arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkür edən Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk iki dost ölkə arasında dövlət başçılarının səyləri nəticəsində formalaşmış strateji tərəfdaşlıq əlaqələri çərçivəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Ölkələrimizin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əlaqələrin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışan nümayəndə heyətinin rəhbəri səfərlərin, aparılan müzakirələrin münasibətlərin genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.