Son Xəbərlər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti

Hikmət Hacıyev: Aİ missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur

01 sen 2024, 12:02
Hikmət Hacıyev: Aİ missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur

Artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur.

Liderxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib. O qeyd edib ki, prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatı bunu deməyə əsas verir:

“Artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”.

H.Hacıyev vurğulayıb ki, hazırda tərəflər arasında (Ermənistan ilə Azərbaycan) reqlament razılaşdırılıb. Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək. Sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır.

Ermənistanın baş naziri Nikol Paşinyanın son fikirlərinə toxunan Prezidenti köməkçisi deyib: “Ermənistanın baş nazirinin açıqlamalarında kifayət qədər ziddiyyətli, həqiqəti əks etdirməyən məqamlar var. Ermənistan militarizasiya siyasətini həyata keçirir, bu, faktdır. Ermənistanın militarizasiya siyasətini həyata keçirməsində ona bir sıra Qərb ölkələri, xüsusilə Fransa tərəfindən ciddi dəstək verilir. Bu, Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasına xidmət edir.