Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Rusiya XİN Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb

12 yan 2024, 13:35
Rusiya XİN Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb

Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb.

LiderXəbər-in Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova bəyan edib ki, Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair sübutu varsa, təqdim etsin.

Ermənistan tərəfinin Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verən Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır.

“Ermənistan hakimiyyətinin Azərbaycanın Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin fəaliyyəti ilə bağlı açıqlamaları destruktiv xarakter daşıyır. Rusiya Federasiyası erməni siyasətçilərin Qarabağda Rusiya sülhməramlılarına qarşı ittihamlarını destruktiv hesab edir, bunlar faktlarla manipulyasiya etmək cəhdləridir”, - Rusiya XİN sözçüsü vurğulayıb.