Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Deputat: Azərbaycanda yaşayan hər bir xalqın dini azadlıqları yüksək səviyyədə qorunur

07 yan 2024, 13:22
Deputat: Azərbaycanda yaşayan hər bir xalqın dini azadlıqları yüksək səviyyədə qorunur

Amerika Dövlət Departamenti çox gözəl bilir ki, ABŞ-dan fərqli olaraq Azərbaycanda yaşayan hər bir xalqın dini azadlıqları yüksək səviyyədə qorunur!

Dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat yayan ABŞ Dövlət Departamenti Azərbaycana qarşı növbəti qərəzini, ədalətsiz mövqeyini nümayiş etdirib. Belə ki, bütün dünyada tolerant və multikultural bir ölkə kimi tanınan Azərbaycanın dini azadlıqlarla bağlı siyahıya daxil edilməsi siyasi sifariş və ikili standartlardan başqa bir şey deyil.

Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, reallıqla heç bir əlaqəsi olmayan bu hesabat erməni Daniella Aşbaxyan tərəfindən tərtib edilib. İrqi və dini ayrı-seçkiliyin ən yüksək səviyyədə olduğu Amerikanın Azərbaycana qarşı belə bir iddia ilə çıxış etməsi qəbuledilməzdir və tamamilə əsassızdır.

Amerika Dövlət Departamenti çox gözəl bilir ki, ABŞ-dan fərqli olaraq Azərbaycanda yaşayan hər bir xalqın dini azadlıqları yüksək səviyyədə qorunur, onların milli mənəvi və mədəni dəyərlərinə hörmətlə yanaşılır. Azərbaycanda Rus Provaslav Kilsəsinin Bakı və Xəzəryanı regionlar Yeparxiyasının tabeliyində olan 5 kilsənin fəaliyyəti, yəhudilərin dini ibadət yerləri olan sinaqoqlar, həmçinin Bakı şəhərinin mərkəzində yerləşən erməni kilsəsi bunun bariz göstəricisidir. Bu isə onu göstərir ki, tarixən etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda bütün dinlər və onların mənsubları bərabər hüquqludur. Və təbii olaraq ölkəmizdəki qeyri-azərbaycanlılar da öz dini inanclarını maneəsiz şəkildə yaşayırlar.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz.

ABŞ Dövlət Departamentinin Azərbaycanı dini azadlıqlarla bağlı siyahıya daxil etməsini absurd, əsassız və qərəzli hesab edir, Azərbaycanın adının həmin siyahıdan dərhal çıxarılmasını tələb edirəm!

Jalə Əhmədova

Milli Məclisin deputatı