Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Azərbaycan Rus İcması prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir

27 dek 2023, 15:31
Azərbaycan Rus İcması prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir

Azərbaycanın Rus İcmasının Respublika Şurası Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı müraciət yayıb.

LiderXəbər xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edərkən, biz onun Azərbaycan xalqına xidmətə, ölkənin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsinə istiqamətlənmiş böyük vətənpərvərliyini və cəsarətini, həmçinin iqtisadi cəhətdən inkişaf edən dövlətin bünövrəsini qoymuş səylərini minnətdarlıq hissi ilə xatırlayırıq.

Azərbaycan xalqı ərazilərinin 30 ildən çox qonşu Ermənistanın işğalı altında qalmasının yaratdığı bütün çətinlikləri şərəf və ləyaqətlə aşa bildi. Azərbaycanın müxtəlif millətlərdən olan qəhrəman oğulları çoxdan gözlənilən sülhün bərqərar olması, Vətənin tərəqqisi və gələcək nəsillərin əmin-amanlığı uğrunda canlarını fəda etdilər. Ali Baş Komandan, Müzəffər Prezident İlham Əliyevin ətrafında sıx birləşən igid əsgərlərimiz doğulduqları və boya-başa çatdıqları, sevgi hissi bəslədikləri ölkənin əsl vətənpərvərləri kimi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün bütün imkanlarından istifadə etdilər.

Azərbaycan xalqı bütün bu illər ərzində özünün haqq işinə, ədalət və müstəqilliyə, öz qələbəsinə və sülhə inanıb. Bu zəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanıldı. Azərbaycan ordusunun rəşadətli hərbçiləri hamımıza aydın səma bəxş etdilər.

Qarabağımız çoxillik erməni işğalından azad edildi. Bir vaxtlar öz evlərindən didərgin salınmış yüzlərlə ailə indi artıq keçmiş məcburi köçkünlərin qayıdışına dair məqsədyönlü dövlət proqramı sayəsində öz doğma yerlərinə, rahat evlərinə qayıdır.

Azərbaycanın beynəlxalq arenada nüfuzu ildən-ilə möhkəmlənir. Regionun inkişafına dair genişmiqyaslı proqramlar Azərbaycanın beynəlxalq ictimaiyyət arasında rolunun daha çox artmasına heç bir şübhə yeri qoymur. Azərbaycan Prezidentinin sülhün və mehriban qonşuluğun möhkəmləndirilməsi məsələlərində qətiyyətli mövqeyi ölkənin xalqı tərəfindən hörmət və dəstəklə qarşılanır.

Rus İcmasının üzvləri “Yeni Azərbaycan” partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə İlham Heydər oğlu Əliyevin bu partiyadan prezidentliyə namizədliyini irəli sürməsini dərin məmnunluq hissi ilə qarşılayıblar. Əminik ki, Rus İcmasının üzvləri bundan sonra da Prezidentimizi, onun sülhün möhkəmlənməsi, çoxmillətli cəmiyyətdə dostluq və qardaşlığın qorunub saxlanılması, ölkənin Silahlı Qüvvələrinin gələcək inkişafı və güclənməsi istiqamətində məqsədyönlü, barışmaz mövqeyini dəstəkləyəcək və Vətənimizin işıqlı gələcəyi naminə öz səslərini İlham Heydər oğlu Əliyevə verəcəklər”.