Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

Prezidentin köməkçisi: Biz yenilənmiş 5-ci sülh sazişini Ermənistana təqdim etmişik, lakin onlar iki aydır ki, reaksiya vermirlər

18 noy 2023, 12:30
Prezidentin köməkçisi: Biz yenilənmiş 5-ci sülh sazişini Ermənistana təqdim etmişik, lakin onlar iki aydır ki, reaksiya vermirlər

Ermənistanın Qarabağdakı qanunsuz rejimi tərksilah edilib və Azərbaycandan çıxarılıb.

LiderXəbər “Euroreporter”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

O, vurğulayıb ki, bu, Ermənistan-Azərbaycan sülh sazişi üçün maneələri aradan qaldırır.

“Biz bunun iki ölkə arasında antaqonizmə və düşmənçiliyə son qoyulması və Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip əsasında dayanıqlı sülh inşası üçün tarixi fürsət olduğuna inanırıq”.

Hikmət Hacıyev Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu tərəfindən həll edilməli olduğunu, lakin bunun baş vermədiyini xatırladıb: “Məqsədi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını saxlamaq olduğundan Minsk Qrupu Həmsədrlik İnstitutu uğursuzluğa düçar oldu. Biz hərbi işğala və təcavüzə son verdik. Ona görə də, Azərbaycan indi Ermənistanla sülh və normallaşma əlaqələrini prioritet götürür. Lakin istənilən sülh prosesi iki tərəfin iştirakını tələb edir. Ermənistan pozitiv və yaxşı niyyət nümayiş etdirməlidir. Biz yenilənmiş 5-ci sülh sazişini Ermənistana təqdim etmişik, lakin onlar iki aydır ki, reaksiya vermirlər”.

Hikmət Hacıyev regionda yeni reallıqla ortaya çıxdığını vurğulayıb.