Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Paşinyan: Ermənistanın müdafiə xərclərinin artırılması Azərbaycana qarşı yönəlməyib

16 noy 2023, 12:30
Paşinyan: Ermənistanın müdafiə xərclərinin artırılması Azərbaycana qarşı yönəlməyib

Ermənistanın gələn il müdafiə xərclərinin artırılması Azərbaycana qarşı yönəlməyib.

LiderXəbər xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

Paşinyan, ölkəsinin hərbi büdcəsinin artırılmasından narahat olanları sakitləşməyə çağırıb.

Baş nazirin sözlərinə görə, müdafiə xərclərinin artırılması Azərbaycana qarşı yönəlməyib: “Bu, müharibəyə deyil, sülhə hazırlıqdır, çünki vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sülh və sabitliyin ən mühüm təminatıdır. Biz heç kimə hücum etmək niyyətində deyilik. Əminəm ki, bütün qonşu dövlətlər də bunu anlayışla qarşılayır”.

Ermənistan hökumətinin başçısı, gələn il müdafiə xərclərinin 2018-ci ilə nisbətən iki dəfə artacağını müharibəyə yox, sülhə hazırlıq adlandırıb: “İstənilən suveren dövlətin öz ordusunu gücləndirmək hüququndan başqa, həm də öhdəliyi var”.