Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Ceyhun Bayramov Rumıniya Baş naziri ilə görüşüb

06 noy 2023, 16:10
Ceyhun Bayramov Rumıniya Baş naziri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb.

XİN-dən LiderXəbər-ə verilən xəbərə görə, tərəflər Azərbaycanla Rumıniya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, qarşılıqlı səfərlərin, yüksək səviyyəli dialoqun, habelə mütəmadi əsasda siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhlükəsizlik, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıblar.

İki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəminə toxunulub və parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.