Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Ərdoğan: Naxçıvanı Azərbaycanın qərb ilə birləşdirəcək nəqliyyat xətti Türkiyəni ata yurdumuz Mərkəzi Asiyaya bağlayacaq

03 noy 2023, 15:20
Ərdoğan: Naxçıvanı Azərbaycanın qərb ilə birləşdirəcək nəqliyyat xətti Türkiyəni ata yurdumuz Mərkəzi Asiyaya bağlayacaq

Can Azərbaycan Vətən müharibəsindən sonra Qarabağda 30 illik işğala tam son qoydu. Bu tarixi uğurdan sevinc və böyük qürur hissi duyuruq.

LiderXəbər xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

Türkiyə lideri bildirib ki, beləliklə bölgədə davamlı sülhə bir addım daha yaxınlaşılıb.

“Yaranmış bu fürsətin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycana yönəlik öhdəliklərini yerinə yetirməsi mühümdür. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin ciddi rifahına töhfə verəcək. Eyni zamanda, Türkiyəni də ata yurdumuz Mərkəzi Asiyaya bağlayacaq”, - Ərdoğan qeyd edib.