Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Fransada Qərbi Azərbaycanla bağlı İctimai Birlik yaradılıb

02 noy 2023, 14:24
Fransada Qərbi Azərbaycanla bağlı İctimai Birlik yaradılıb

Fransada Ermənistandan deportasiya olunmuş azərbaycanlılar tərəfindən "Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ" İctimai Birliyi yaradılıb.

LiderXəbər xəbər verir ki, təşkilatın əsas məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irsin dağıdılmasının qarşısının alınması, beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi və qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına sülh yolu ilə qayıtmasına dəstək olmaqdan ibarətdir.

“Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux” adı ilə rəsmi qeydiyyata alınan təşkilatın həmtəsisçisi əslən İrəvandan olan Zaur Sadıqbəylidir.

İctimai birliyin yaradılması beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığın artırılması işinə töhfə verəcək.