Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının genişləndirilməsi Brüsseldə müzakirə olunacaq

01 noy 2023, 17:12
Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının genişləndirilməsi Brüsseldə müzakirə olunacaq

Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının tərkibinin genişləndirilməsi məsələsi bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq.

LiderXəbər Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Markus Ritter jurnalistlərə açıqlamasında deyib.

Ritter hazırda Müşahidə Missiyasına Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğunu vurğulayaraq, Missiyanın Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil olması ehtimalının olduğunu əlavə edib.

“Missiyanın genişləndirilməsi məsələsi ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Nəticələri gözləməliyik. Ancaq əvvəllər deyildiyi kimi, hazırda burada baş verənlərə görə bu missiyaya böyük siyasi diqqət yetirilir".

Aİ-yə üzv olmayan üçüncü ölkənin Aİ-nin Ermənistandakı Missiyasına qoşulmasının mümkünlüyü məsələsinə toxunan Markus Ritter Kanadanın Aİ-nin müşahidə missiyasına qoşulma qərarını xatırladaraq digər ölkələrdən də analoji marağın olacağı halda bu məsələnin Brüsseldə müzakirə olunacağını deyib.