Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Komitə sədri: 3+3 formatından imtina Gürcüstan-Ermənistan-Azərbaycan formatından da imtina anlamına gəlmir

01 noy 2023, 10:41
Komitə sədri: 3+3 formatından imtina Gürcüstan-Ermənistan-Azərbaycan formatından da imtina anlamına gəlmir

Biz regionda lider rolunu öz üzərimizə götürmək istəyirik.

LiderXəbər-in Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ölkənin ictimai telekanalına açıqlamasında deyib.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etmək səylərimiz buradan qaynaqlanır. "3+3" formatına gəlincə, burada bizim çox aydın mövqeyimiz var, Rusiya Gürcüstan ərazilərinin işğalına son verənədək, Gürcüstanın ərazi bütövlüyünü tanıyanadək biz bu formatda iştirak etməyəcəyik. Lakin bu o demək deyil ki, biz Türkiyə ilə ikitərəfli əlaqələri inkişaf etdirməyəcəyik və Gürcüstan-Ermənistan-Azərbaycan üçtərəfli münasibətlər formatı yaratmağa çalışmayacağıq. Təbii ki, Qafqazda həm siyasi, həm də iqtisadi əməkdaşlığa təkan verəcək belə atmosferin yaradılması bizim üçün vacibdir. Bu formatda iştirak edən bir ölkə bizim ərazi bütövlüyümüzü kobud şəkildə pozursa və ölkəmizin bir hissəsini işğal edirsə, təbii ki, o formatda iştirakın heç bir mənası yoxdur”, - deyə Samxaradze bildirib.

Komitə sədrinin sözlərinə görə, Tehranda keçirilən “3+3” görüşündən sonra çox maraqlı kommunike dərc olunub və orada birinci abzasda qeyd olunub ki, ölkələr beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini tanıyır. Bununla belə, komitə sədri bildirib ki, "3+3” formatı Gürcüstan ərazilərinin işğaldan azad edilməsi üçün faydalı olmayacaq. Əlavə edib ki, Gürcüstanın ərazi bütövlüyü məsələsinin müzakirə edildiyi bir format - Cenevrə formatı mövcuddur, lakin Rusiya bu formatda da münaqişənin həllinə mane olur.

"Biz Rusiyanın Cenevrə formatında necə davrandığını çox yaxşı görürük; 15 ildir ki, münaqişənin həlli prosesini irəlilədə biləcək və işğalın aradan qaldırılması istiqamətində müəyyən addımlar ata biləcək bütün qərarların qarşısını alır. Ona görə də Rusiyanın hər hansı digər formatda fərqli davranacağına dair heç bir illüziyam yoxdur. Müvafiq olaraq, “3+3” məhz Rusiyaya görə bizim üçün qəbuledilməz formatdır", - Nikoloz Samxaradze deyib.