Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Milli Məclis Bəyanat qəbul etdi

08 may 2025, 14:13
Milli Məclis Bəyanat qəbul etdi

Milli Məclis “Konstitusiya və Suverenlik İli” ilə bağlı Bəyanat qəbul edib.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasda bildirib.

Bəyanat mətnini deputat Bəhruz Məhərrəmov səsləndirib.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi əhəmiyyət və rəmzi məna daşımaqla, dövlətin hüquqi əsaslarla ərazi bütövlüyü və suverenliyi arasında qırılmaz bağlar olduğunu nümayiş etdirir. Bu Sərəncam xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərləri və mirasına əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirir.

Milli Məclis son 32 ildə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının həyata keçirilməsi yolunda əldə edilmiş uğurların, xüsusən ilk Konstitusiyamızın qəbul edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasının tarixi əhəmiyyətini qeyd edir”.

Bəyanat səsə qoyularaq qəbul edilib.