Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb

23 apr 2025, 14:27
Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb

“Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatmaqdadır”.

Liderxeber.az xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb və müxtəlif mərhələlərdə razılaşdırma mərhələsindədir. Xüsusilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yüksək nəticələr əldə edilir. Enerji səmərəliliyi sahəsində də atılan addımlar səmərəli istifadəyə şərait yaradır. Elektroenergetika sahəsində islahatlar nəzərdə tutulmuş şəkildə davam etdirilməkdədir”, - deyə nazir müavini qeyd edib.