Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

15 mar 2025, 09:47
Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan sülh müqaviləsi mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib.

Rəsmi İrəvan da Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib. Bu məqamda sülh müqaviləsinin imzalanacağı yerin hara olacağı da maraqla gözlənilir.

Liderxeber.az-ın məlumatına görə, məsələyə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov münasibət bildirib.

XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran Elnur Məmmədovun sözlərinə görə, bundan sonra rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Minsk qrupunun ləğvini gözləyir.

İki ölkə arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsinə gəlincə, dövlət rəsmisi bunun hələ tez olduğunu bildirib. Nazir müavini əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.