Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

İqtisadi Şuranın növbəti iclası keçirilib

10 mar 2025, 17:24
İqtisadi Şuranın növbəti iclası keçirilib

10 mart 2025-ci il tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində aqrar sığorta sisteminin təkmilləşdirilməsi və yeni konsepsiyanın müəyyən edilməsi üzrə yaradılmış İşçi qrup tərəfindən hazırlanan "Aqrar sığorta sisteminin inkişafı ilə bağlı Fəaliyyət Planı", makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən 2024-cü ildə pul siyasətinin əsas nəticələri, bank və sığorta sektoru üzrə əsas göstəricilər və inkişaf trendləri, habelə "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair 2024-cü ilin Hesabatı və digər cari məsələlər geniş müzakirə olunub.

Liderxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sığorta sistemi ilə bağlı çıxış edib.

Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən ətraflı müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.