Son Xəbərlər
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. Liderxeber.az -ın
Küveytin beynəlxalq hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb.
"Səhər yeməyinin ən vacib qida qəbulu olması ilə bağlı məşhur ifadə
ABŞ-də vəfat etmiş 400 min şəxsin hələ də seçici kimi qeydiyyatda olduğu
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirində üç güləşçimiz
Smartfonlardan uzun müddət istifadə etmək təkcə gözlərə deyil, əllərə də ciddi
2026-cı il FIFA Dünya Çempionatının qalibi təkcə kubok və qızıl medallarla
Hörmüz boğazında iki neft tankeri partlayıb. Liderxeber.az xəbər verir ki, bu
“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Azərbaycanın I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.

Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib

20 avq 2024, 12:15
Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tibbi laboratoriyaların keyfiyyət və səriştəliliyinə dair yeni AZS ISO 15189:2024 “Tibbi laboratoriyalar – Keyfiyyət və səriştəliliyə dair tələblər” dövlət standartını qəbul edib.

Liderxeber.az AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartının qəbul edilməsində məqsəd tibbi laboratoriyaların keyfiyyətinə və səriştəliliyinə inam yaratmaqla pasiyentlərin rifahını və laboratoriya istifadəçilərinin məmnunluğunu təmin etməkdir. Sözügedən standart laboratoriya istifadəçiləri, eləcə də nəzarət və akkreditasiya orqanları tərəfindən tibbi laboratoriyaların səlahiyyətlərinin təsdiqi və ya tanınması üçün də tətbiq ediləcək.

Yardım məntəqələrindəki müayinələrə də şamil edilməsi nəzərdə tutulan yeni standart aidiyyəti dövlət qurumları ilə müvafiq qaydada razılaşdırılaraq “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə olunub və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.