Son Xəbərlər
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. Liderxeber.az -ın
Küveytin beynəlxalq hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb.
"Səhər yeməyinin ən vacib qida qəbulu olması ilə bağlı məşhur ifadə
ABŞ-də vəfat etmiş 400 min şəxsin hələ də seçici kimi qeydiyyatda olduğu
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirində üç güləşçimiz
Smartfonlardan uzun müddət istifadə etmək təkcə gözlərə deyil, əllərə də ciddi
2026-cı il FIFA Dünya Çempionatının qalibi təkcə kubok və qızıl medallarla
Hörmüz boğazında iki neft tankeri partlayıb. Liderxeber.az xəbər verir ki, bu
“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Azərbaycanın I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.

Səhər yeməyi əhəmiyyətlidirmi? - Diyetoloq məşhur mifi təkzib etdi

18 iyl 2026, 10:24
Səhər yeməyi əhəmiyyətlidirmi? - Diyetoloq məşhur mifi təkzib etdi

"Səhər yeməyinin ən vacib qida qəbulu olması ilə bağlı məşhur ifadə marketinq şüarı kimi ortaya çıxıb, tibbi fakt kimi deyil".

Liderxeber.az-ın xəbərinə görə, klinik diyetoloq Mikaela Sperrou Nine.com.au-ya müsahibəsində bu məşhur mifi təkzib edib.

Mikaela Sperrounun sözlərinə görə, səhər yeməyinin vacibliyi ilə bağlı iddia yulaf və bu kimi qida istehsalçıları tərəfindən icad edilib və təbliğ olunub. Lakin buna baxmayaraq, ifadə mənasız da deyil.

Dietoloq izah edib ki, səhərlər kortizol səviyyəsi həmişə adi haldan daha yüksək olur. Əgər bu vaxt heç nə yeməsəniz və ya zülal və faydalı yağların az olduğu şirin səhər yeməyi yesəniz, o zaman gün ərzində qan şəkərində güclü dalğalanmaların baş verməsi ehtimalı böyükdür.

"Vacib olan təkcə səhər yeməyi deyil, həm də məhz hansı səhər yeməyini seçməyinizdir", - deyə Mikaela Sperrou vurğulayıb.

Diyetoloq oyandıqdan sonra bir saat ərzində tərkibində 25-35 qram protein olan istənilən qidanı yeməyi məsləhət görüb, məsələn, yumurta, qatıq və ya lifli qidalar və faydalı yağlar olan smuzi.

Eyni zamanda o qeyd edib ki, universal qaydalar yoxdur - əgər insan səhər yeməyi yemədən özünü yaxşı hiss edirsə və gün ərzində sabit enerji səviyyəsini qoruyursa, o zaman özünü səhərlər yeməyə məcbur etməyə ehtiyac yoxdur.