Son Xəbərlər
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. Liderxeber.az -ın
Küveytin beynəlxalq hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb.
"Səhər yeməyinin ən vacib qida qəbulu olması ilə bağlı məşhur ifadə
ABŞ-də vəfat etmiş 400 min şəxsin hələ də seçici kimi qeydiyyatda olduğu
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirində üç güləşçimiz
Smartfonlardan uzun müddət istifadə etmək təkcə gözlərə deyil, əllərə də ciddi
2026-cı il FIFA Dünya Çempionatının qalibi təkcə kubok və qızıl medallarla
Hörmüz boğazında iki neft tankeri partlayıb. Liderxeber.az xəbər verir ki, bu
“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Azərbaycanın I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.

Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik

18 iyl 2026, 09:00
Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik

2026-cı il FIFA Dünya Çempionatının qalibi təkcə kubok və qızıl medallarla deyil, həm də turnirin tarixində ilk dəfə təqdim olunacaq xüsusi çempionluq üzükləri ilə təltif ediləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.

Bildirilib ki, bu yenilik Amerika idmanının məşhur ənənələrindən birini qlobal futbola gətirəcək. Beləliklə, iyulun 19-da keçiriləcək finalın qalibi futbol tarixinə yeni bir rekordla düşəcək.

Çempionluq üzükləri məhdud sayda – cəmi 2026 nüsxədə istehsal olunacaq. Onlardan 30-u DÇ-nin qalibi olan komandanın futbolçuları və məşqçi heyətinə təqdim ediləcək, qalan 1996 üzük isə rəsmi lisenziyalı məhsul kimi bütün dünyadakı azarkeşlərə satılacaq.

Hər bir üzük xüsusi nömrə ilə işarələnəcək və orijinallığını təsdiqləyən sertifikatla birlikdə təqdim olunacaq.

Üzüyün bir tərəfində FIFA DÇ-nin kuboku əks olunacaq. Digər tərəfi isə turnirin qalibinə uyğun olaraq xüsusi dizayn ediləcək.

FIFA-dan bildirib ki, final qarşılaşmasından dərhal sonra çempion komandanın kapitanı və baş məşqçisi xatirə məqsədilə müvəqqəti üzüklər alacaq. Daha sonra qalib komanda üçün nəzərdə tutulan 30 üzüyün hər biri fərdi şəkildə hazırlanaraq sahiblərinə təqdim ediləcək.

Qeyd edək ki, iyulun 19-da baş tutacaq həlledici görüşdə İspaniya və Argentina dünya çempionluğu uğrunda mübarizə aparacaq.