Son Xəbərlər
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. Liderxeber.az -ın
Küveytin beynəlxalq hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb.
"Səhər yeməyinin ən vacib qida qəbulu olması ilə bağlı məşhur ifadə
ABŞ-də vəfat etmiş 400 min şəxsin hələ də seçici kimi qeydiyyatda olduğu
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirində üç güləşçimiz
Smartfonlardan uzun müddət istifadə etmək təkcə gözlərə deyil, əllərə də ciddi
2026-cı il FIFA Dünya Çempionatının qalibi təkcə kubok və qızıl medallarla
Hörmüz boğazında iki neft tankeri partlayıb. Liderxeber.az xəbər verir ki, bu
“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Azərbaycanın I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.

Azərbaycan güləşçisi Budapeştdə bürünc medal qazandı

18 iyl 2026, 09:17
Azərbaycan güləşçisi Budapeştdə bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirində üç güləşçimiz xalçaya çıxıb.

Liderxeber.az xəbər verir ki, Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub.

Daha sonra B.Soltanova kanadalı Miki Roubottoma "tuş"la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.

Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və ikiqat Avropa çempionu Nesrin Başa uduzub - 0:10.

Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb - 0:9.