Son Xəbərlər
Füzuli Dövlət Dram Teatrı XXXVI teatr mövsümünü Failə Nəbiyevanın "Bu gün
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində
Polşa Prezidenti Karol Navrotski ölkədə eynicinsli nikahların
Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə
ABŞ-nin son günlərdə İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 38
“Əhalinin siyahıyaalınması əhali haqqında ən dolğun məlumat mənbəyi olmaqla
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ
İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq uçuş şəbəkəsini ardıcıl şəkildə
Azərbaycan 2026/27 mövsümü UEFA-nın assosiasiyalar reytinqində ilk pillədə

Bu marşrutun fəaliyyəti bərpa olunur

17 iyl 2026, 12:51
Bu marşrutun fəaliyyəti bərpa olunur

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq iyulun 18-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Sea Breeze istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.

Liderxeber.az xəbər verir ki, həftənin şənbə və bazar günləri metronun “Koroğlu” stansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.

Marşrut üzrə aralıq dayanacaqlar:

- Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);

- Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);

- Mərdəkan prospekti (Binə qəsəbəsi);

- Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);

- 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);

- Bilgəh Kardioloji Sanatoriyası;

- Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi);

- Sea Breeze 1;

-  Sea Breeze 2.

Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,90 AZN müəyyən edilib.