Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

Azərbaycanlı həkim beynəlxalq tədbirdə iştirak edib

04 okt 2025, 04:25
Azərbaycanlı həkim beynəlxalq tədbirdə iştirak edib

Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimi, beynəlxalq EASO və ESPEN təşkilatlarının, həmçinin NDPP-nin üzvü doktor Ülkər Vəliyeva 13-cü Beynəlxalq Piylənmə və Yanaşı Gedən Xəstəliklər (Diabet, Ateroskleroz, Hipertoniya, Hiperlipidemiya) Konqresində iştirak edib.

Liderxeber.az xəbər verir ki, tədbir Türkiyənin məşhur Kapadokya bölgəsində keçirilib və piylənmə ilə bağlı xroniki xəstəliklər sahəsində dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssisləri, alimləri və həkimləri bir araya gətirib.

Konqres çərçivəsində piylənmə və onunla yanaşı gedən xəstəliklərin qarşısının alınması, müasir müalicə metodları, profilaktik tədbirlər və yeni elmi tədqiqatların nəticələri müzakirə olunub.

Doktor Ülkər Vəliyevanın bu tədbirdə iştirakı beynəlxalq təcrübə mübadiləsinə, müasir biliklərin öyrənilməsinə və bu biliklərin gələcəkdə ölkəmizdə tətbiqinə mühüm töhfə verəcəkdir.