Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Tiktokda şəhidlərlə bağlı nalayiq ifadələr işlədən qadın saxlanıldı

20 yan 2023, 12:35
Tiktokda şəhidlərlə bağlı nalayiq ifadələr işlədən qadın saxlanıldı

TikTok sosial şəbəkəsində canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlədən qadının kimliyi müəyyənləşib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub. 

Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır. 

G. İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan Xalqından üzr istədiyini bildirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.