Son Xəbərlər
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax

Xidmətdən narazı qalan müştəri kafeyə qumbara ilə hücum etdi

18 yan 2023, 10:28
Xidmətdən narazı qalan müştəri kafeyə qumbara ilə hücum etdi

Tərtərdə kafeyə müştəri qismində gələn şəxs xidmətdən narazı qaldığı üçün içəri qumbara ilə hücum edib.

DİN Mətbuat xidmətindən LiderXəbər-ə verilən məlumata görə, yanvarın 17-də gecə saatlarında şəhər ərazisində bir nəfərin əlində qumbara ilə kafelərin birində əşyaları və pəncərələrinin şüşələrini, sonradan bir evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan avtomobilin şüşələrini sındırması barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən şəhər sakini Yavər Hüseynov tərksilah edilərək saxlanılıb. Ondan “RQD-5” markalı əl qumbarası götürülüb.

Araşdırmalarla məlum olub ki, həmin gün saat 23 radələrində Y.Hüseynov kafedə sərxoş halda xidmətdən narazı olduğu üçün xidmətçiləri və oranın sahibi, S.Bayramovla mübahisə edib. Əlindəki qumbara ilə S.Bayramovun yaşadığı evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan ona məxsus “Mercedes” markalı avtomobilin şüşələrini, sona kafeyə qayıdaraq pəncərələri sındırıb. 

Faktla bağlı cinayət işi başlanılıb.