Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Ali Məhkəmə: Kredit mübahisələrində hesabdan çıxarış və maliyyə arayışı mötəbər sübut sayılmır

26 noy 2024, 10:36
Ali Məhkəmə: Kredit mübahisələrində hesabdan çıxarış və maliyyə arayışı mötəbər sübut sayılmır

Ali Məhkəməsi kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsinə dair konkret iş üzrə qərar qəbul edib.

Liderxeber.az-ın məlumatına görə, qərarda qeyd edilib ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür.

Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti), o cümlədən kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri əsaslı hesab edilmir.

Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.