Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

Bakıda orta aylıq əməkhaqqı min manatdan çoxdur

11 sen 2024, 12:48
Bakıda orta aylıq əməkhaqqı min manatdan çoxdur

Avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1759,0 min nəfər olub.

Dövlət Statistika Komitəsindən (DSK) Liderxeber.az-a verilən məlumata görə, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.