Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim etdi!

03 may 2024, 17:26
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim etdi!

“Bakcell” Fəvvarələr meydanında yeni brend kimliyinə uyğun innovativ mağazasını təqdim etdi. Mayın 3-dən etibarən faəliyyətə başlayan mağazanın açılışında “Bakcell”in süni intellekt dəstəkli insanabənzər robotu Ardi iştirak edib.

Yenilənmiş mağaza üstün xidmət mərkəzi olmaqla birgə müasir müştəri yanaşmasını sərgiləyən "high-tech" təcrübə məkanıdır. Belə ki, mağaza müştərilərə yüksək keyfiyyətli xidmətlərlə yanaşı, oyun həvəskarları üçün VR zona, yeni nəsil texnologiya aləti “Apple Vision Pro” və rəqəmsallaşdırılmış monitorlar da təqdim edir.

Müştərilər “Bakcell”in növbəti həftələrdə təqdim edəcəyi yeni məhsullarla yerində tanış ola və onları birbaşa mağazadan əldə edə bilərlər. Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanında yerləşən yenilənmiş mağaza həftəiçi 9:00-dan 20:00-a, həftəsonu 10:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Qeyd edək ki, “Bakcell”in yeni təqdim olunmuş brend strategiyası gələcəyə hədəflənərək Azərbaycan üçün innovativ xidmətlər təqdim etməkdir.