Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Los-Ancelesdə yanğınsöndürmə təyyarəsi dronla toqquşdu: Xilasetmə əməliyyatları dayandırıldı

10 yan 2025, 18:03
Los-Ancelesdə yanğınsöndürmə təyyarəsi dronla toqquşdu: Xilasetmə əməliyyatları dayandırıldı

Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla toqquşub.

Liderxeber.az-ın "The War Zone" istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Federal Aviasiya Agentliyi xəbər yayıb.

Bildirilir ki, "Canadair CL-415 Super Scooper" uğurla yerə enə bilsə də, böyük yanğında işləyən bütün xilasetmə aviasiyasının uçuşlarının dayandırılmasına səbəb olub. Yanğınsöndürənlər bu müddətdə yanğının daha sürətlə yayıla biləcəyindən narahatlıqlarını bildiriblər.

İki amfibiya təyyarəsindən biri olan "Super Scooper"in yaxın vaxtlarda yanğınsöndürmə üçün istifadə edilə bilməyəcəyi vurğulanıb.

Qeyd olunur ki, kvadrokopter yanğını havadan çəkən yerli fotoqraf tərəfindən idarə olunub. Yanğınla əlaqədar yanvarın 9-dan 23-dək Los-Anceles üzərində dron uçuşları məhdudlaşdırılıb. Qadağanın pozulmasına görə kvadrokopterin sahibinə bir ilədək həbs və 75 min dollar cərimə, üstəlik dəymiş ziyanın ödənilməsi cəzası verilə bilər.

Xatırladaq ki, meşə yanğınları yanvarın 7-də cənubi Kaliforniyada başlayıb. ABŞ Prezidenti Co Bayden ştatda fövqəladə vəziyyət rejimi elan edib. Los-Ancelesdə Hollivud yaxınlığındakı rayonların sakinlərinin təxliyəsi barədə əmr verilib. Son məlumatlara görə, yanğınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.