Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Liderxeber.az
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi
Kaliforniyanın cənubunda baş verən meşə yanğınları nəticəsində dəyən iqtisadi
Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universiteti (SDU) ilə
2024-cü ildə Bakıda daşınmış 476 milyon sərnişinin 77,5 %-i ödənişi nağdsız
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi
"Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla
banner

“Onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik” - Prezidentdən xəbərdarlıq

07 iyn 2024, 08:27
“Onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik” - Prezidentdən xəbərdarlıq

“Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır”. 

Liderxeber.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib. Dövlət başçısı bildirib ki, onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var:

“İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”.