Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

Albalının bilmədiyimiz bir çox faydaları

07 mar 2023, 09:24
Albalının bilmədiyimiz bir çox faydaları

Albalı meyvəsi bir çox faydalı xüsusiyyyətlərə malikdir. Xoş, turşməzə dadı ilə yadda qalan albalıdan daha çox mürəbbə, kompot hazırlanır. Albalı mürəbbəsi soyuqdəymənin, qripin təbii dərmanlarından sayılır. Amma albalının faydaları həddən artıq çoxdur. Türkiyədən olan qidalanma və diet mütəxəssisi Elif Gizem albalının bilinməyən faydalarını açıqlayıb. 

LiderXəbər onun fikirlərini təqdim edir: 

COVID-19 pandemiyası dövründə sağlamlığımızı qorumaq, immuniteti gücləndirmək üçün yeməli olduğumuz məhsullardan biri də antioksidantlarla zəngin olan albalıdır. Albalı kalium, lif, C vitamini, melatoninlə zəngin bir meyvədir. 100 qram, 20 ədər orta boy albalı 1 porsiya meyvəni əvəz edir, cəmi 60 kaloriisi var. Albalı turş bir meyvə olduğundan, boş mədəyə yedikdə yanmaya səbəb ola bilər. Bu səbəbdən yeməkdən sonra qəbul etmək daha yaxşıdır.

Şəkərli diabeti olanlar gündəlik qidalarına 20 albalı əlavə etdikdə çox böyük faydasını görəcəklər. Albalı mədəaltı vəzinin insulin istehsalını artıraraq qanda şəkərin azalmasına kömək edə bilər. Albalı sayəsində qanda şəkəri normal səviyyədə saxlamaq daha asan olur və diabetin mənfi təsiri aradan qalxır.

Yuxunu tənzimləyir. Yatmaq vaxtı gəldikdə beyinə siqnal göndərən bir hormon olan melatoninin səviyyəsi yaşla azalmağa başlayır. Buna görə də, yaşlandıqca yuxusuzluq riski artır. Covid-19 pandemiyası ilə əlaqədar yaşadığımız stres yuxusuzluğu da artırır. Tədqiqatlara görə, albalı melatonin hormonu ifraz edir və albalı yeməklə yuxunu tənzimləmək mümkündür. Yuxusuzluq problemi olanlar yatmazdan 2 saat əvvəl 20 ədəd albalı yeyə bilərlər.

İmmun sistemi üçün çox vacibdir. Mükəmməl bir immun sisitemi üçün yetərincə antioksidant qəbulu çöx önəmlidir. Albalının tərkibində aparıcı antioksidant maddələrdən biri olan C vitamini çoxdur. 200 qram albalı (2 porsiya meyvə) gündəlik C vitamini ehtiyacımızın 40 faizini ödəyə bilər.

Ürək sağlamlığını qorumağa kömək edir. Yaşlanmaqla bağlı orqanlarımızın oksigen istifadə etmək qabiliyyəti azalır. Bu, damar sağlamlığımızın pisləşməsinə səbəb olur. Polifenollarla ən zəngin meyvələrindən biri olan albalı, ürək-damar xəstəlikləri kimi yaşa bağlı sağlamlıq problemlərinin başlamasını gecikdirməyə və ya inkişafını ləngitməyə təsir edir.

Yaddaşı gücləndirir. Gündəlik 1 stəkan albalı suyunun müntəzəm qəbulu tərkibindəki antosiyaninlər sayəsində yüngül və orta dərəcədə yaddaşsızlığı olan yaşlılarda düşünmə, hiss etmə, öyrənmə, xatırlama, qərar qəbul etmə və problem həlli kimi yaddaş və zehni prosesləri gücləndirə bilir. Unutqanlığın həm profilaktikasında, həm də müalicəsində təsirli olmaq üçün günorta yeməyində evdə hazırlanan bir stəkan şəkərsiz albalı suyu içməyi vərdiş halına gətirmək faydalıdır.

Xərçəng düşməni sayılır. Araşdırmalara görə, alablıya gözəl, parlaq qırmızı rəng verən antosianin xərçəngə səbəb olan hüceyrələrin böyüməsini yavaşladır, xərçəng hüceyrələrinin daha sürətli ölməsinə səbəb olur. Albalı, tərkibində yüksək melatonin olması səbəbindən bədəndə estrogen hormonunu tənzimləyərək döş xərçəngi riskini azaltmağa kömək edə bilir. Amma bununla yanaşı "albalı xərçəngdən qoruyur", deyə bilmək üçün daha çox araşdırmanın aparılmasına ehtiyac var.

Oynaqlarda yaranan ağrıları aradan qaldırır. Məsələn, oynaqlarda ağrı, şişkinliklə müşahidə olunan podaqra xəstəliyi zamanı faydalı sayılır. Podoqra xəstəliyi orqanizmdə sidik turşusunun yüksəlməsi ilə xarakterizə olunur. Albalının tərkibində olan antioksidantlar bədəndə sidik turşusu səviyyəsini aşağı salmaqla iltihabı azaltmağa kömək edir və ağrıları aradan qalıdırır. Gündə 1 ovuc albalı yemək və ya gündə 1 stəkan albalı suyu içmək ağrıları aradan qaldırmağa kömək edə bilər.