Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Xankəndidə avtomat meteoroloji stansiya quraşdırılacaq

26 yan 2024, 14:56
Xankəndidə avtomat meteoroloji stansiya quraşdırılacaq

"2025-2026-cı illərdə də avtomat hidroloji və meteoroloji stansiyaların alınaraq quraşdırılması nəzərdə tutulub”.

LiderXəbər-in bölgəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.

O bildirib ki, avtomat hidroloji stansiyaların Qarqarçayın Xankəndi şəhərindən keçən hissəsində, Xaçınçayın Ağdərə rayonu, Zabuxçayın Laçın, Tərtərçayın Suqovuşan və Sərsəng su anbarlarının girişində quraşdırılması nəzərdə tutulub: “Avtomat meteoroloji stansiyalar isə Xocavənd, Ağdərə, Xankəndi və Qubadlı rayonlarının ərazisində quraşdırılacaq".

O xatırladıb ki, 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdən keçən 10 çay üzərində 11 avtomat hidroloji stansiya, transsərhəd çaylar üzərində isə keyfiyyət sensorları quraşdırılıb.

"Eyni zamanda, Şuşa şəhərində, Zəngilan rayonunun Mincivan qəsəbəsində, Füzuli şəhərində, Ağdam şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində avtomat meteoroloji stansiyalar quraşdırılıb. Avtomat meteoroloji və avtomat hidroloji stansiyalardan alınan məlumatlar Milli Hidrometeorologiya Xidmətində serverdə toplanır və vizuallaşması təmin olunur", - deyə o qeyd edib.

Əkbər Əsgərov vurğulayıb ki, 2024-cü ildə bir dəst dopler hava radarı və aeroloji stansiyanın alınması nəzərdə tutulub. O əlavə edib ki, dopler radarın Şuşa, aeroloji stansiyanın isə Füzuli şəhərində quraşdırılması nəzərdə tutulub.