Son Xəbərlər
Rusiya gəmisi balıq tutmaq üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən,
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
banner

ASCO yeni tipli böyük gəmilər alacaq

03 mar 2023, 11:21
ASCO yeni tipli böyük gəmilər alacaq

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) istiqrazlarının mütəşəkkil kapital bazarlarına daxil olması münasibətilə Bakı Fond Birjasında “Açılış zəngi” mərasimi keçirilib.

Liderxəbər xəbər verir ki, Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, ASCO-nun birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.

ASCO sədri Rauf Vəliyevin sözlərinə görə, istiqrazlardan əldə edilən gəlir Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən sayılan və hər il fəaliyyətini mənfəətlə başa vuran ASCO-nun inkişafına töhfə verəcək. Buradan daxil olan vəsait şirkətin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək.

ASCO sədri tədavülə buraxılan istiqrazların ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminliyini də qeyd edib.

Qeyd edək ki, 29 dekabr 2022-ci il tarixində “Bakı Fond Birjası” QSC-nin Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin ümumi dəyəri 100,000,000 ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir. Hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan 100 min ədəd istiqrazlar 5 il dövriyyədə olacaq.