Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Sumqayıt Uşaq Xəstəxanasında daha bir uğurlu əməliyyat icra olunub

31 may 2024, 11:53
Sumqayıt Uşaq Xəstəxanasında daha bir uğurlu əməliyyat icra olunub

Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında mürəkkəb əməliyyatların icrasına daha bir uğurlu əməliyyat əlavə olunub.

Liderxeber.az xəbər verir ki, anadangəlmə anal atreziya rektouretral fistula diaqnozu ilə doğulan 3 aylıq uşaq STM-nin Uşaq Xəstəxanasına yerləşdirilib.

 Zəruri tibbi xidmətlər göstərilib və əməliyyat edilməsinə qərar verilib.

Uşaq cərrahiyyəsinin ağır əməliyyatlarından biri olan anal atreziyanın ləğvi Uşaq Xəstəxanasının uzman cərrahı Araz Hüseynov və cərrah Elnur İsgəndərov tərəfindən icra edilib. Əməliyyat uğurla başa çatıb.

 Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinin ən müasir tibbi avadanlıqlar ilə təchiz olunması, cərrahiyyənin bütün sahələrində təcrübəli həkimlərimiz tərəfindən mürəkkəb əməliyyatların icra olunmasını mümkün edir.