Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Bu il Şuşada yeni su anbarı istifadəyə veriləcək

01 mar 2023, 15:10
Bu il Şuşada yeni su anbarı istifadəyə veriləcək

Şuşa şəhərində dəniz səviyyəsindən 1406 metr hündürlükdə, 80 sot ərazidə hər biri 1000 kubmetr olan iki hissədən ibarət mərkəz su anbarı tikilir.

Liderxəbər xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, su anbarı bu il istismara veriləcək.

“Zarıslı su bəndində toplanan su nasoslar vasitəsilə bu anbara vurulacaq və bu anbardan öz axını ilə şəhər şəbəkəsinə paylanacaq. Anbarın özəlliyi budur ki, əgər gələcəkdə elektrik kəsintisi olarsa, nasos sıradan çıxarsa Şuşadakı istehlakçılar bu kəsintini hiss etməyəcəklər. Bu anbardan istifadə etməklə biz onları yenə də kəsintisiz su ilə təmin edəcəyik. Bundan sonra bir su anbarı da istifadəyə veriləcək və son olaraq şəhər su şəbəkəsinin yenidən qurulmasına başlayacağıq”, - deyə Anar Cəbrayıllı vurğulayıb.