Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

ADY-nin Həmkarlar İttifaqına yeni sədr seçildi - FOTO

27 fev 2023, 21:31
ADY-nin Həmkarlar İttifaqına yeni sədr seçildi - FOTO

Fevralın 27-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Respublika Komitəsi Plenumunun yarıdan çox üzvünün birgə tələbinə əsasən, Komitənin növbədənkənar Plenumu keçirilib. Tədbirdə 19 plenum üzvü, kollektivi təmsil edən 98 səlahiyyətli nümayəndə və 92 digər üzv iştirak edib. 

LiderXəbər xəbər verir ki, plenumda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov və sədr müavini Samir Böyükzadənin səlahiyyətlərinə səs çoxluğu ilə xitam verilib. 

Plenum üzvlərinin səs çoxluğuna əsasən, ADY-də 40 ildən çox iş stajına malik və 2012-ci ildən Sərnişindaşıma Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edən Vaqif Bədəlov DMHİ-nin yeni sədri, 2004-cü ildən dəmir yolunda çalışan və 2016-cı ildən Respublika Komitəsinin Sosial-iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Fətəli Bəyimov isə sədr müavini seçilib.