Son Xəbərlər
İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək. Bununla bağlı
Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.
Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Liderxeber.az xəbər verir ki, bu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
Xəbər verdiyimiz kimi, Çində yeni təhlükəli virus - insan metapnevmovirusu
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakansiya
Türkiyənin son dövrlərdə mövqeyini gücləndirməsi, xüsusən də Yaxın Şərqdə
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi
banner

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

09 may 2024, 09:00
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.

LiderXəbər-in məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.

May ayının 9-u ölkədə qeyri-iş günüdür.

1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.