Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

“Bolt” qiymətləri qaldırdı

08 may 2024, 15:34
“Bolt” qiymətləri qaldırdı

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.

LiderXəbər xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

Məsələ ilə bağlı “Bolt” taksi şirkətinin səlahiyyətli nümayəndəsi qiymətin qalxması faktını təsdiqləyib.

Onun sözlərinə görə, qiymət 10% yox, 9% artırılıb.

Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır.

“Qeyd olunan proses davam edəcək. Əlavə olaraq bildirək ki, sistemdə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır.

İstehsal tarixi 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda qüvvədədir. 1 iyul 2024-cü ildən etibarən isə yalnız istehsal tarixi səkkiz ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək”, - deyə açıqlamada qeyd olunur.