Son Xəbərlər
Mayın 17-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq "Kənd
Tərəfdaşlar Ukraynanı Rusiya ilə danışıqlara sövq etmirlər. Bunu Ukrayna
Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul
Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə yeni təyinat olub.
Mayın 26-da II və III ixtisas qrupları üzrə imtahan keçiriləcək. Qırx altı
Xəbər verdiyimiz kimi, 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində sayca
Cari ilin 17 may tarixində Türkiyə Respublikasının Ankara şəhərində Türkiyənin
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə
Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 21-də keçirilən
banner

Həkim-mütəxəssis: Pnevmoniya zamanı öskürmək faydalıdır

08 may 2024, 12:26
Həkim-mütəxəssis: Pnevmoniya zamanı öskürmək faydalıdır

Bu gün cəmiyyətdə pnevmoniyalar haqqında doğru bilinən yanlışlar barədə danışacam. Bu xəstəlik xalq arasında sətəlcəm adı ilə də bilinir. İnsanlar pnevmoniyanın yalnız xəstəxana şəraitində müalicə ola biləcəyinə inanırlar, bəzən buna təkid edirlər. Əslində bu belə deyil. Əgər bir pasientdə pnevmoniya aşkarlanıbsa, öncə onun xəstəxanadan kənar və ya xəstəxanadaxili olduğunu aydınlaşdırırıq, çünki bu ikisi adətən fərqli antibiotik seçimi tələb edir. Daha sonra tipik və ya atipik gedişata nəzər yetiririk. Sonda isə xəstənin hansi şəraitdə müalicə olunması haqda qərara gəlirik. Bu Curb 65 qiymətləndirmə şkalasına əsasən təyin olunur. Həmin şkalaya əsasən xəstə 0-1 bal ilə qiymətləndirilirsə, o zaman ambulator, yəni ev şəraitində, 2 bal ilə qiymətləndirilirsə, stasionar və adi palata rejimində, 3 və daha yüksək bal ilə qiymətləndirildikdə isə artıq reanimasion şəraitdə müalicə ilə bağlı qərar alınır. Əlbəttə ki, xəstənin yanaşı xəstəlikləri, komorbid dediyimiz vəziyyətlər – yəni şəkərli diabet, ürək xəstəlikləri, immunsupressiv vəziyyətlər, orqan transplantasiyası olanlar, aktiv onkoloji müalicə almaqda olan pasientlərdə antibiotik seçimi və müalicə taktikası bu saydıqlarım olmayanlardan fərqlənə bilər.

2-ci doğru bilinən yanlış isə ondan ibarətdir ki, pasientlər rentgen müayinəsində müsbət dinamikanın ləngiməsindən narahat olurlar. Ədəbiyyat yazır ki, 4-6, bəzən də 8 həftəyə qədər rentgendə pnevmoniya görüntüsü saxlanıla bilər. Əgər xəstədə klinik vəziyyətində, auskultativ olaraq və laborator test nəticələrində normala dönmə görürüksə, rentgen görüntüdə mənfi dinamika qeyd olunmursa, pasientə vəziyyəti izah etməklə kontrol rentgen tarixi verib izləmək olar. Əgər qeyd olunan vaxtdan sonra da müsbət dinamika izlənmərsə, o zaman daha dərin və detallı müayinələrə getmək lazımdır. Və altda yata biləcək digər xəstəliklər barədə düşünmək olar.

Və son olaraq vacib nüans öskürəklə bağlıdır. 

Əziz pasientlər! Öskürək orqanizmin müdafiə refleksidir. Pnevmoniya zamanı öskürməklə həm sekresiya olunan bəlğəmin xaric olunması asanlaşır, həm də bakteriyaların kolonizasiyası fürsəti azalmış olur. Odur ki, pnevmoniya zamanı öskürəyin həyat keyfiyyətinə təsir etmədikcə, dərman vasitələri ilə kəsilməsi arzuolunmazdır. Hamıya sağlam ömür arzulayıram.

Sevinc Eminova

Daxili xəstəliklər üzrə həkim-mütəxəssis