Son Xəbərlər
Çində insanlar arasında az tanınan metapnevmovirus (HMPV) adlı yeni bir
"Səbail" serbiyalı futbolçu ilə müqavilə imzalayıb. Liderxeber.az-ın
İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək. Bununla bağlı
Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.
Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Liderxeber.az xəbər verir ki, bu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
Xəbər verdiyimiz kimi, Çində yeni təhlükəli virus - insan metapnevmovirusu
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakansiya
banner

Məleykə Abbaszadə: İştirakçı sayı 10 mindən az olan imtahanlar elektron formatda keçiriləcək

08 may 2024, 11:50
Məleykə Abbaszadə: İştirakçı sayı 10 mindən az olan imtahanlar elektron formatda keçiriləcək

“Dövlət İmtahan Mərkəzinin İmtahan Korpusunda hər gün iki növbə olmaqla 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər".

LiderXəbər xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni imtahan korpusu ilə tanışlıq zamanı media nümayəndələrinə açıqlaması zamanı deyib.

"İndiyə qədər keçirilən 45 imtahanın 21-i elektron formada keçirilən imtahan olub. O zaman şərait yox idi. Elektron imtahanlarda keçən il 7000 insan iştirak edib", - DİM sədri bildirib.

Məleykə Abbaszasənin sözlərinə görə, dövlət qulluğu ilə bağlı keçirilən imtahanlar artıq elektronlaşdırma prosesinə cəlb ediləcək:

"Eləcə də bu proses işə qəbul olma imtahanlarına da şamil ediləcək".

DİM rəhbəri deyib ki, bu il ərzində kontingenti 2000-dən az olan bütün imtahanlar artıq yeni imtahan korpusunda baş tutacaq:

"Bu mənada, artıq gələn ilki imtahan cədvəli barədə düşünülür. Hesab edirəm ki, bir il ərzində bütün imtahanlardakı iştirakçı sayı 10 000-dən az olan imtahanları elektron formatda burada keçirə biləcəyik".

Məleykə Abbaszadə onu da əlavə edib ki, regional bölmələrlə yanaşı, müxtəlif ali məktəblər və tədris mərkəzləri ilə də əlaqə yaradaraq kütləvi imtahanları elektron formata keçirmək üçün ölkə üzrə bu cür mühit yaradılacaq.

"Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən beş gün ərzində bu korpusda həyata keçiriləcək".