Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

03 may 2024, 10:29
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində 3 internat evində kompüter bilikləri üzrə təlimlər həyata keçirilib.

LiderXəbər xəbər verir ki, əsas məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqlara İKT sahəsində ilkin bilikləri ötürmək, onları rəqəmsal dövrdə təhsil və peşə imkanlarını artıra biləcək praktiki biliklərlə təchiz etməkdir.

2 nömrəli ümumi orta internat məktəbi, 11 nömrəli inteqrasiya təlimli internat məktəbi, 8 nömrəli sanatoriya tipli internat məktəbində həyata keçirilən təlimlərdə 3 ay ərzində iştirakçılara rəqəmsal bacarıqların artırılması, kompüter hissələrinin sökülüb yığılması, ofis proqramları ilə işləmə bacarığı istiqamətində tədris keçirilib. Proqrama hər internat evindən 13-16 yaş aralığında olan 15 nəfər uşaq qoşulub. Təlimlərin yekununda məzun olan 45 nəfərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Technest” Təqaüd Proqramı çərçivəsində həyata keçirilən sosial statuslu şəxslər üçün təlimlər valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, az təminatlı xanımlar, şəhid ailə üzvləri, qazilər, az təminatlı ailələrdən cəlb olunmuş şagirdləri də əhatə edir.