Son Xəbərlər
Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin birgə
Slovakiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Prezidenti İlham Əliyevə
Mayın 14-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili
Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu
Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə
Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə
Sabah güclü külək olacaq. Pressa.az xəbər verir ki, bu barədə Ekologiya və
Sabah güclü külək olacaq. LiderXəbər.az xəbər verir ki, bu barədə Ekologiya və
banner

Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib

02 may 2024, 15:41
Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Tatarməhlə kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
 
Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Tatarməhlə kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
 
Çıxış edənlər  “Mehriban xanım Əliyeva müstəqil və qüdrətli dövlətimizin inkişafına böyük töhfələr verən ictimai- siyasi xadimdir”   mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını özündə əks etdirən fəaliyyəti, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələri və sərgilədiyi çoxşaxəli fəaliyyəti haqqında iştirakçılara məlumat veriblər.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  bildirib ki, Mehriban xanım Əliyevanın mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyəti, istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir: “Mehriban xanım Əliyeva təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən, məqsədyönlü və güclü qadınlar üçün etalondur. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Mehriban xanım Əliyeva insanları sevməklə özünü xalqa sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Mehriban xanım Azərbaycan mədəniyyətinin fədakar elçisidir, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır. O, bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım, ziyalı da ondan örnək alır. Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial - mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olması haqqında danışıb.
 
Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.
 
 
Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar ünvanlı sosial yardımın təyin olunması, elektrik xətlərinin yenilənməsi, yerli poçt filialının kənd ərazisində olmaması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.