Son Xəbərlər
Boşanan ailələrin sayının gündən-günə artması dövrümüzün qlobal probleminə
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistanın investisiya,
Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur
Tokiodan 1,2 min km cənubda yerləşən Yaponiyanın Oqasavara adaları ərazisində
Baş məşqçi Pep Qvardiola tarixində ardıcıl dörd dəfə Premyer Liqa çempionu
Bəzən sosial şəbəkələrdə bank müştərilərinin hesablarından onların özlərinin
Bu gecə saat 02:00-dan 24 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu,
Türkiyənin Elazığın Sivrice vilayətində 4 maqnitudalı zəlzələ baş verib. Bu
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın daxili işlər
Nazirlər Kabineti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”da dəyişiklik
banner

Bəzi Qərb dairələrinin gözünün “erməni sevgisi” dən kor olduğunu bilirik

30 apr 2024, 09:41
Bəzi Qərb dairələrinin gözünün “erməni sevgisi” dən kor olduğunu bilirik

Bu gün Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir.

Bu gün Dövlətimizin qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri ölkədə fikir, söz və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması, bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsidir.  Hazırda bütün sahələrdə olduğu kimi, məhz qeyd edilən istiqamətdə də ölkəmizdə böyük inkişaf vardır. Belə ki, Azərbaycanda azad söz, fikir plüralizmi təmin edilir, azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün kifayət qədər şərait, imkan yaradılır.

Qeyd etdiklərim özünü dövlətin bu sahəyə, müstəqil medianın inkişaf etdirilməsinə yönəlik fəaliyyətində, atdığı addımlarda büruzə verir. Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından bu gün Azərbaycan mediası böyük məsafə qət edib. Otuz ilə qədər müddətdə dünyanın görməzdən gəldiyi erməni işğalı və erməni vəhşiliyinin dünyaya çatdırılmasında məhz sağlam Azərbaycan mediasının rolu böyük olmuşdur. Bu gün hər kəsin öz fikrini azad şəkildə ifadə etdiyi ölkəmizdə təəssüf ki, bəzi qaragüruhçu, düşmən dəyirmanına nəinki su tökən, hətta onun büsbütün suyu olan toplumlar da vardır. Məhz həmin ünsürlərin öz fikirlərini azad, maneəsiz şəkildə bildirməsi söz azadlığı, fikir azadlığı deyilmi.. Bəli, bizlər bu münasibəti on illərdir ki, görürük.

Bəzi Qərb dairələrinin gözünün “erməni sevgisi” dən kor olduğunu hər birimiz yaxşı bilirik. Azərbaycanın belə demək olarsa 44+1 gün ərzində işğal altında olan torpaqlarını tamamilə düşmən tapdağından təmizləməsi ermənilərlə yanaşı onların havadarlarını, o cümlədən regional sabitliyi gözü götürməyən qüvvələri çox narahat edir. Hələ Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyəti tarixi və misilsiz hadisədir.Bu günlərdə Almaniya Federativ Respublikasında rəsmi səfərdə olan cənab İlham Əliyev həm Federal Kanslerlə, həm Almaniya Prezidenti ilə, həm də paytaxt Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentindəki çıxışında qeyd edilən məsələ ilə bağlı konkret faktlar səsləndirdi. Bəli, bu gün, demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir, hər bir siyasi partiya və təşkilat heç bir maneə ilə üzləşmədən, heç bir müdaxilə olmadan azad və sərbəst şəkildə fəaliyyət göstərir. 

Mübariz Tağıyev;
Neftçala rayonu, müəllim