Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Baytarlıq Klinikasında sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyası davam edir

29 apr 2024, 16:26
Baytarlıq Klinikasında sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyası davam edir

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikasında sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyası davam edir.

LiderXəbər xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikası sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyasını davam etdirir. 2023-cü ilin oktyabr ayından start verilən aksiya çərçivəsində növbəti tədbir keçirilib. 

Aksiyanın davamı olaraq 27 aprel 2024-cü il tarixində Almaniyanın “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Rusiya, Almaniya, İspaniya, Qazaxıstan, Özbəkistan dövlətlərindən Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq Klinikasına 8 nəfərdən ibarət veterinar həkim-cərrah və feldşer-assistentləri dəvət olunublar. Olga Evgenevna, Arina Andreevna, Milena Azarova, Valentina Anatolevna (Rusiya), Alevtina İlşatovna (İspaniya), Yekatirina Nikolayevna (Almaniya), Marina Kim (Qazaxıstan), Yuliya Kovalenka (Özbəkistan).

“Tierschutz Entwicklungshilife e.v” Beynəlxalq Fondu ilə birgə həyata keçirilən heyvanların sterilizasiyası üzrə xeyriyyə aksiyasına Klinikamızda fəaliyyət göstərən baytar həkimləri və Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakultəsində təhsil alan tələbələri əyani praktik təlimlərdə iştirak edirlər.

Aksiya 2-4 may 2024-cü il tarixlərində Gəncə Şəhəri Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakultəsində davam etdiriləcək.