Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Elektron tibbi arayışı almaq üçün bu proseslərdən keçilməlidir

29 apr 2024, 15:24
Elektron tibbi arayışı almaq üçün bu proseslərdən keçilməlidir

Mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq.

Sözügedən xəbər tibb tarixində yeni bir hadisə kimi qiymətləndirilib, eyni zamanda müzakirələrə səbəb olub. Belə ki, vətəndaşlar sosial şəbəkələrdə prossesin necə olacağını tam olaraq başa düşmədiklərini bildiriblər.

LiderXəbər-in TƏBİB-ə istinadən məlumatına görə, vətəndaşlar elektron tibbi arayışı əldə etmələri üçün bu prosseslərdən keçməli olacaqlar:

- Tibb müəssisəsinə ilkin müraciət;

- Laborator analizlərin verilməsi;

- Həkim qəbullarından keçmək;

- Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi;

- Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi.

Daha sonra istifadəçilər “E-TABİB” mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.

Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatları yoxlayaraq PDF formatı yükləyə biləcəklər.