Son Xəbərlər
Əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2024-cü il də Azərbaycanın müasir
Sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan
Azərbaycanda 2025-ci ilin yanvarın 1-də hava şəraiti əsasən yağmursuz keçəcək.
"Sabah 2025-ci ilin ilk günüdür. Gələn il həmçinin Azərbaycanda 3 milyon
Bu il Azərbaycan Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12,9 milyard
Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Yanvar ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi
banner

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

29 apr 2024, 09:52
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

LiderXəbər xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 822 ailənin, yəni 3132 nəfərin daimi məskunlaşması təmin edilib.