Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Neftçalada ağacəkmə aksiyası keçirilib

26 apr 2024, 19:18
Neftçalada ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi  çərçivəsində BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilməsilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala şəhərində növbəti ağacəkmə aksiyası keçirilib və 200-dən çox sərv ağacları əkilib.

Aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in əməkdaşları, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələr, Neftçala MKTB-in əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ölkəmizdə keçiriləcək COP 29 –a dəstək, ekoloji vəziyyətin sağlamlaşdırılması, o cümlədən ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yeni yaşıllıq zolaqlarının salınması və ekoloji mühitin qorunması istiqamətində tədbirlərin görülməsi il ərzində davam etdiriləcəkdir.