Son Xəbərlər
İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq edib.
Bəzi qida məhsulları uzun müddət otaq temperaturunda saxlanılsa belə,
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə
Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır. Liderxeber.az-ın
“200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə
1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni
Dekabrın 20-də "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik
banner

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

26 apr 2024, 10:30
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

LiderXəbər xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 140 nəfər köçürülür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 783 ailənin, yəni 2 979 nəfərin daimi məskunlaşması təmin edilib.